Ukrayna dronları Krımda Rusiya ordusuna məxsus təyyarə və helikopteri vurub
22 Sentyabr 2025
Ukrayna Müdafiə qüvvələrinin dronları Krımda Rusiya ordusuna məxsus iki Be-12 amfibiya təyyarəsini və Mi-8 helikopterini məhv edib.
Bu barədə “Unian“ məlumat yayıb.
Qeyd edilir ki, Be-12 "Çayka" amfibiya təyyarələri sualtı qayıqların aşkarlanması və onlarla mübarizə aparmaq üçün qiymətli avadanlıqla təchiz olunub.
Bununla yanaşı, Rusiyanın iki neft emalı zavodu və elektrik təchizatı stansiyası da dronların hücumuna məruz qalıb.
Belə ki, Rusiyanın Krasnodar diyarında dronlar dəmir yollarının elektrik təchizatını təmin edən "Kanevskaya" stansiyasına və Slavyansk-na-Kubani və Yaroslavl rayonlarındakı neft emalı zavodlarına da zərbə endirib.