Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna döyüş arealını genişləndirir: Sərhəddən 800 kilometr aralıda Rusiya aviabazasına hücum olub


Rusiyanın Saratov vilayətindəki Engels-2 aerodromuna dron hücumu olub.




Bu aviabazada Rusiya Hava Kosmik Qüvvələrinin strateji aviasiyası (Tu-95 və Tu-160) yerləşir. Bu təyyarələr vaxtaşırı Xəzər istiqamətində uçub, oradan Ukrayna ərazisinə raket zərbələri endirirlər.




Hadisə nəticəsində 2 strateji bombardmançının zədə aldığı bildirilir.




Engels-2 aerodromu Ukrayna sərhədlərindən təxminən 800 km uzaqlıqdadır.




Rusiya strateji aviasiyasının istifadəsindəki Dyaqilevo (Ryazan yaxınlığı) aerodromunda da partlayış baş verib, 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Bu aviabazada da 2 təyyarənin zədələndiyi bildirilir.