Ukrayna daha 400 minə yaxın vətəndaşını itirəcək
01 Sentyabr 2024
Ukraynanı 400 minə yaxın insan elektrik kəsilməsi səbəbindən tərk edəcək.
Bu barədə “Bloommerg” yazıb.
“Hələlik, Rusiyanın hücumlarının yaratdığı qeyri-müəyyənlik ukraynalıların qışı bir yana qalsın, qısamüddətli planlar qurmasını çətinləşdirir.
Ukrayna Mərkəzi Bankı bu il daha 400 min insanın çətinliyə görə, məsələn: elektrik enerjisinin kəsilməsi və enerji infrastrukturu üçün təhlükələr fonunda ölkəni tərk edəcəyini proqnozlaşdırır”, - deyə məqalədə vurğulanıb.
Məqalədə elektrik enerjisinin kəsilməsi səbəbindən şəhər sakinlərinin kəndlərə köçdüyü deyilir.