Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ANTİ-DRON hazırladı: “5 dəqiqə vaxt lazımdır ki...” - FOTO




Ukraynalı mütəxəssislər pilotsuz uçan təyyarələri (RUA) sıradan çıxara biləcək qurğu hazırlayıb.

Ukrayna KİV xəbər verir ki, anti-dronu işə salmaq üçün sadəcə, “Başla” düyməsini sıxmaq kifayətdir.

İxtiraçılar komandasının üzvü Yaroslav Filimonov anti-dronun iş prinsipindən danışıb:

“Düyməni sıxdıqdan sonra qurğu səs-küy salır, bu isə o deməkdir ki, qarşı tərəfin dronu yeni yaradılmış qurğunun əhatə dairəsinə daxil olub. Silahın üzərindəki antenalar pilotsuz təyyarənin siqnallarını bloklayır və o, ani olaraq idarəolunmaz vəziyyətə düşür. Bu cihaz 4 kilometr radiusu əhatə edir”.

Filimonov əlavə edib ki, cihazın iş prinsipini mənimsəmək, ondan istifadə etmək kifayət qədər sadədir, bunun üçün döyüşçülərə cəmi 5 dəqiqə vaxt lazımdır.

Qeyd edək ki, sözügedən yüksək texnologiyalı silahlar İvano-Frankivskdə istehsal olunub. Adı açıqlanmayan şirkət əvvəllər Kiyevdə fəaliyyət göstərib, lakin məlum hadisələrdən sonra oradan köçməli olub.