Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Almaniyadan “Avropa tank ittifaqı” yaratmağı xahiş edir

Ukrayna Almaniyadan Ukraynaya 200 ədəd Leopard 2 tankını təhvil verməyə imkan verəcək “Avropa tank alyansı” yaratmağı xahiş edir.

Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik bu barədə “Die Welt” nəşrinə müsahibəsində danışıb.

“Biz kansler Olaf Şolzdan Avropa tank alyansı yaratmağı xahiş edirik. Bir çox ölkədə 2000 ədəd Leopard 2 tankı var. Bu ölkələrin hər biri bunun təqribən 10%-ni Ukraynaya köçürsə, biz işğal olunmuş əraziləri tez bir zamanda azad etmək üçün 200 və daha çox tankdan ibarət bütöv bir ordu yarada bilərik”, - deyə Melnik bildirib.

Onun sözlərinə görə, zirehli texnikanın tədarükü Ukraynaya hərbi yardımın prioritet istiqamətlərindən biridir.