Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Ali Radasının keçmiş spikeri qətlə yetirilib

Ukraynada Avromaydan hərəkatının liderlərindən biri, Ali Radanın sabiq spikeri Andrey Parubiy qətlə yetirilib.

Ukrayna mətbautı xəbər verir ki, Parubiy Lvov şəhərinin Sixov rayonunda odlu silahla vurulub. 54 yaşlı sabiq deputat və “Maidan” komendantı hadisə yerində dünyasını dəyişib.

Andrey Parubiyin qətlinin bəzi təfərrüatları artıq məlumdur. Killer ona səkkiz dəfə atəş açılıb. Hadisəni törədən şəxs silahı çantasına qoyaraq elektrikli velosipedlə ərazidən uzaqlaşıb.

Məlumata əsasən, atəş açan şəxs “Glovo” kuryeri olub. Onun qara-sarı dəbilqə geyindiyi, üzərində sarı rəngli qutu olduğu və elektrik velosipedində hərəkət etdiyi bildirilir.

Ukrayna Prezidenti Volodimir Zelenski də Andrey Parubiyin qətlə yetirildiyini təsdiqləyib.

Polis atəş açan şəxsi axtarır və onun şəxsiyyətini müəyyənləşdirməyə çalışır. Məlumata görə, Parubiyə qarşı bundan əvvəl də sui-qəsd törədilib – 2014-cü ildə maydanın özünümüdafiə üzvləri ilə görüş zamanı ona qumbara atılmışdı.

Qeyd edək ki, Andrey Parubiy 2013-cü ilin noyabrından 2014-cü ilin fevralınadək “Maidan”ın özünümüdafiəsinə rəhbərlik edib. O, həmçinin 2004-cü il “Narıncı inqilab”da iştirak edib, Kiyevdə keçirilən etiraz aksiyaları zamanı Ukrayna evinə rəhbərlik edib və “inqilabın görkəmli iştirakçısı” kimi mükafatlandırılıb.