Ukrayna 2023-cü ildə tank və ATACMS raketləri ala bilər
30 Dekabr 2022
“Ukrayna gələn il Qərb ölkələrindən tanklar və ATACMS uzaqmənzilli raketləri ala bilər”.
Bunu “RBC-Ukraine” informasiya portalına müsahibəsində xarici işlər naziri Dmitro Kuleba deyib.
Onun sözlərinə görə, hər şey döyüş meydanındakı vəziyyətdən asılı olacaq.
Nazir ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərinin tədarükü ilə bağlı bir ildən artıq aparılan danışıqların uğurla nəticələndiyini xatırladıb.
“Politico” yazır ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a son səfəri zamanı amerikalı həmkarı Cozef Baydendən müasir tankların və təyyarələrin tədarükündə dəstək istəyib. Daha sonra ABŞ Dövlət Departamenti Ukraynaya yeni hərbi yardım paketinin həcminin 1,85 milyard dollar olacağını açıqlayıb.