Logo
news content
User
Kateqoriyalar

Xəbər

Uitkoff və Kuşnerin Rusiyaya səfəri təxirə salınıb - Avropanın mövqeyini öyrənirlər

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etmək üçün Moskvaya planlaşdırılan səfərlərini təxirə salıblar.

Bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Uitkoff və Kuşner əvvəlcə Ukraynanın və Avropa ölkələrinin Rusiya tərəfinə vahid təklif təqdim etməyə hazır olub-olmadığını aydınlaşdırmaq niyyətindədirlər.

Kiyevin və Avropa dövlətlərinin mövqeləri dəqiqləşənədək ABŞ nümayəndələrinin Moskvaya səfəri təxirə salınıb.