Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Uembli"də 41 milyonu bölüşəcəklər - boks tarixində fantastik məbləğ

Dünya Boks Şurasının (WBC) ağır çəkidə britaniyalı çempionu Tayson Fyuri həmyerlisi Dillian Uaytla döyüşəcək.

"Sky Sports"un məlumatına görə, tərəflər bununla bağlı müqavilə imzalayıblar.

Görüşün mükafat fondu 41 milyon ABŞ dollarından çox olacaq ki, bu da boks tarixində ən böyük mükafat hesab edilir. Duel baş tutsa, Fyuri 29 milyon dollar, rəqibi isə 7 milyon dollar əldə edəcək. Qalib isə əlavə 4 milyon dollar alacaq.

Sözləşmə fevralın 21-də WBC-yə göndərilib. Təşkilatın rəhbərliyi döyüşün keçirilməsinə icazə verməlidir. Qarşılaşmanın aprelin 23-də Londondakı "Uembli" stadionunda olacağı gözlənilir.

Qeyd edək ki, Tayson Fyuri karyerasında 31 qələbə və 1 heç-heçə əldə edib. Uaytın isə 28 qələbə və 2 məğlubiyyəti var. (Report)