Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Üç uşağını da qoyub, Rusiyadan qaçıb"

Rusiyanın Xalq artisti Çulpan Xamatovanın altı ay əvvəl ölkəsindən getməsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb.

Latviyada yaşamağa başlayan aktrisa Riqada dəbdəbəli ev satın alıb. Məlum oldu ki, sənətçi üç qızını Moskvada qoyub.

"Xamatova evini, ailəsini düşünmədən Riqaya getdi. Əşyalarını belə götürmədi. Dostları ona bəzi şeyləri sonradan göndərdi" deyə, teleaparıcı Kirill Nabutov bildirib.

Onun sözlərinə görə, bu cür tələskənliyin nədən qaynaqlandığı məlum deyil. "Qızları Latviyaya sonradan gediblər" deyə, Nabutov əlavə edib.

Bununla yanaşı, Çulpan Xamatovanın Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin qəti əleyhdarı olduğu məlumdur. O, ilk gündən hərbi əməliyyatların əleyhinə çıxaraq, hakimiyyəti tənqid atəşinə tutmuşdu.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra bir çox tanınmışların Rusiyanı tərk etmək istədikləri barədə xəbərlər gündəmə gəlib.