Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkmənistan Türkiyədən öz vətəndaşları üçün viza rejiminin tətbiqini xahiş edib

Türkmənistan öz vətəndaşları üçün müvəqqəti viza rejiminin tətbiqi xahişi ilə Türkiyəyə müraciət edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Türkmənistan öz vətəndaşlarının Türkiyə Respublikasında qalma qaydalarının təkmilləşdirilməsi və sistematik əsasda saxlanılması məqsədilə qarşı tərəfə müxtəlif kateqoriyalı viza rejiminin müvəqqəti tətbiqi xahişi ilə müraciət edib”, - məlumatda deyilir.

Yerli KİV-in məlumatına görə, hazırda Türkmənistan vətəndaşları turizm məqsədilə Türkiyədə 30 günə qədər vizasız qala bilərlər.