Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyəyə uçuşlar yerinə yetirəcək Ermənistan aviaşirkəti müəyyənləşib

“Flyone Armenia” 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirəcək ilk Ermənistan aviaşirkəti olacaq.

Bu barədə “Sputnik Armenia” Ermənistanın Mülki Aviasiya Komitəsinə istinadən məlumat yayıb.

“Flyone Armenia” aviaşirkəti daha əvvəl də İstanbula uçuşlar həyata keçirmək niyyətində olduğunu bəyan edib.

Xatırladaq ki, bir müddət öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında uçuşların təşkil olunmasının mümkünlüyünün nəzərdən keçirildiyini bildirib. Eyni zamanda, hər iki ölkə dialoqa başlamaq üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin edib.(APA)