Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyənin qıcıq doğuran uğuru: Şolts və Makron Putinlə danışıqlara çağırır

Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə danışıqları davam etdirmək niyyətindədir.

“RBK” xəbər verir ki, bu barədə məlumatı Olaf Şolts Essen şəhərinin sakinləri ilə görüşündə açıqlayıb.

“Mən Moskvada Rusiya Prezidenti ilə uzun masa arxasında görüşmüşəm. Onunla bir neçə dəfə telefonla da danışmışam. Və dəqiqliklə deyirəm ki, bunu etməyə davam edəcəm”, - deyə Şolts söyləyib.

Onun sözlərinə görə, Putinlə sıx təmasdadır və qarşılıqlı fəaliyyətdən imtina etməyə hazırlaşmır.

Fransa prezidenti Emmanuil Makron da Rusiya ilə danışıqlara qayıtmaq niyyətindədir. Makron çıxışında daha irəli gedərək, bunu Türkiyə ilə bağlayıb. O, Türkiyənin Rusiya ilə təmasda olan yeganə NATO ölkəsi olaraq qalmasının Fransanın maraqlarına zidd olduğunu bildirib: "Kim istəyir ki, Türkiyə Rusiya ilə danışıqları davam etdirən yüganə güc olsun?"