Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb

Azərbaycandan qalxdığı bildirilən Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qəzaya uğrayan C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

"Qəzaya düşən təyyarənin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 20 hərbçimiz olub. Qəza bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir", - məlumatda deyilir.

Gürcüstan tərəfinin məlumatına görə, təyyarə ölkə ərazisinə keçdikdən bir neçə dəqiqə sonra həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.

Azərbaycan və Gürcüstanın müvafiq strukturları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.