Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədən təklif: Taxıl sazişi daha bir il müddətinə uzadılsın

Türkiyə noyabrın 19-da başa çatacaq taxıl sazişinin bir il uzadılmasını təklif etmək niyyətindədir.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bazar ertəsi Ankarada jurnalistlərə deyib.

“Ukrayna Türkiyə vasitəsilə Rusiyaya Qara dənizdəki təhlükəsizlik dəhlizindən hərbi məqsədlər üçün istifadə olunmaması ilə bağlı zəmanət verib. Biz sazişin müddətini daha bir il uzatmağı təklif edəcəyik”, - nazir vurğulayıb.