Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədən daha mükəmməl kamikadze dronlar - VİDEO

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş. tərəfindən istehsal edilən sistemin görüntüləri ilə yanaşı, onların çatdırılma prosesi haqqında məlumat verib.

İsmayıl Dəmir bu məlumatı "Twitter" hesabında paylaşıb.

O bildirib ki, "KARGU tədarükləri davam edirilir:

“Əməliyyat sahəsində təhlükəsizliyimizi gücləndirən KARGU-nun Türkiyə Silahlı Qüvvələrinə yeni tədarüklərini etdik. Xeyirli olsun!”

“Kamikadze İHA” kimi tanınan KARGU-nun üstün xüsusiyyətlərinə diqqət çəkən videoda bu sistemin artan vəzifə müddəti, artan missiya hündürlüyü, aşağı səs səviyyəsi ilə sürətli, çevik, ağıllı və güclü olduğu qeyd edilib.

[video width="640" height="360" mp4="https://pressklub.az/wp-content/uploads/2022/04/6f02671d6a38d066bed2300442d95afb.mp4"][/video]