Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi
06 Noyabr 2026
Bakıda sevgilisinin başını kəsən 61 yaşlı məhbus həbsdə insult keçirib.
Hadisə dünən axşam saatlarında cəzaçəkmə müəssisələrindən birində baş verib.
1965-ci il təvəllüdlü Azər Şirməmməd oğlu Ağayev cəzaçəkmə müəssisəsində qəfil huşunu itirərək yıxılıb. O, təcili müalicə müəssisəsinə çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, A.Ağayev 2016-cı ildə Bakıda qeyri-rəsmi münasibətdə olduğu, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlhamə Talıbovanı xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunub.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il azadlıqdan məhrum edilib.