Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb, 17 nəfər ölüb

Egey dənizinin Türkiyənin Bodrum sahillərinə düşən ərazisində qanunsuz miqrantları daşıyan rezin qayıq batıb.

Bu barədə "TRT Haber" məlumat yayıb. Qayığın batması nəticəsində 17 nəfər ölüb.

Ərazidəki axtarış-xilasetmə işlərinə dörd Sahil Mühafizə qayığı, Sahil Mühafizə dalğıc qrupu, helikopter və çoxsaylı heyət cəlb olunub. Axtarış-xilasetmə tədbirlərinə ümumilikdə 77 nəfərlik şəxsi heyət cəlb olunub.