Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə PKK terrorçuları polis idarəsinə hücum etdilər - VİDEO

Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda polis şöbəsinə silahlı hücum olub.

“Haber Global” xəbər verir ki, naməlum şəxslər avtomobillə polis şöbəsinə yaxınlaşaraq, asayiş keşikçilərinə odlu silahlardan atəş açıblar.

Polis silahlılara cavab atəşi açıb. Bu zaman cinayətkarların olduğu avtomobildə yanğın baş verib.

Hücum edənlər qadın terrorçular olub. Polis məntəqəsinə silahlı hücumu zamanı 1 polis əməkdaşı həlak olub, daha 1 asayiş keşikçisi yaralanıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, polis şöbəsinin yaxınlıqda dayanan avtomobildən düşən terrorçular silahlardan asayiş keşikçilərinə atəş açıblar.

Silahlı insident zamanı xəsarət alan polis əməkdaşının həyatı üçün təhlükə yoxdur. Hücum zamanı daha 1 mülki şəxs yaralanıb.

DİN rəhbəri hadisəni terror aktı adlandırıb. O, qeyd edib ki, terrorçulardan ikisi ələ keçməmək üçün özlərini partladıb.

Nazir terror aktının PKK tərəfindən həyata keçirildiyini bildirib. Süleyman Soylu terrorçulardan birinin şəxsiyyətinin müəyyənləşdirildiyini deyib. DİN rəhbəri terrorçulara dəstək verənlərin kimliyinin müəyyənləşdiriləcəyini əlavə edib.