Türkiyədə hoteldə faciə ilə bağlı 4 nəfər saxlanılıb
21 Yanvar 2025
Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində hoteldə baş verən yanğına görə 4 nəfər saxlanılıb.
Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc məlumat verib.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində hoteldə baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.