Türkiyədə geyim və ayaqqabıların 130 faizədək bahalaşacağı gözlənilir
04 İyul 2022
Türkiyə istehsalı olan geyim və ayaqqabıların 120 - 130 faiz bahalaşacağını gözləyirik.
Bunu Türkiyənin "Derimod" şirkətinin İdarə Heyətinin sədr müavini Murat Zaim bildirib.
"Sektorda gözləntim - hazır geyim və ayaqqabıların ötən qışdan bu qışa qədər 120% - 130% bahalaşacağını görəcəyik. Misal üçün min lirə palto yəqin ki, 2 min və ya 2 min 300 lirə olacaq",- o deyib.
Murat Zaim qeyd edib ki, inflyasiya ilə qiymətlər artır.
Qeyd edək ki, Türkiyədə iyunda 12 aylıq inflyasiya 73,50%-dən 78,62%-ə yüksəlib. Geyimlər artıq son 12 ayda 30%-ə yaxın bahalaşıb. (Marja)