Türkiyədə 50-dən çox şagird qidadan zəhərlənib
23 Noyabr 2025
Türkiyədə 54 şagird qidadan zəhərlənib.
“Haber Global” xəbər verir ki, Koceli şəhərində özəl bir liseydə 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra özlərini pis hiss ediblər.
Rize şəhərində isə qızlar yataqxanasında 40 şagird yedikləri yeməkdən zəhərlənib.
Şagirdlər xəstəxanaya yerləşdiriliblər, onlara müvafiq yardım göstərilib. Hadisələrlə bağlı araşdırma başladılıb.