Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə yeni ballistik raketi sınaqdan keçirdi: "Gökdoğan" gəlir - VİDEO

Türkiyə istehsalı olan “hava-hava” tipli raketlər 2022-ci ilin sonuna kimi bu ölkənin ordusuna veriləcək.

Bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin başçısı İsmayıl Dəmir “Twitter“də bildirib.

Onun sözlərinə görə, "Gökdoğan" raketi Türkiyədə uğurla sınaqdan keçirilib.

“GÖKTUĞ layihəmiz çərçivəsində milli hava-hava raketlərimizdən biri olan "Gökdoğan" raketi uğurla sınaqdan keçdi”, - deyə paylaşımda qeyd edilib.