Türkiyə və Ermənistanın xüsusi nümayəndələri sərhəddə görüşəcəklər
29 İyul 2024
İyulun 30-da Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundunu keçirəcəklər. Bu barədə bu gün Türkiyənin “Habertürk” nəşri məlumat yayıb.
Görüş səhər saatlarında Ermənistan tərəfdə, günorta isə Türkiyə tərəfdə baş tutacaq.
Tərəflərin ikitərəfli münasibətlərin normallaşması və ölkələr arasında sərhədlərin açılması ilə bağlı müzakirələri davam etdirəcəyi gözlənilir.