Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə Ukraynaya 70 kilometri vuran reaktiv raket sistemi verib

Ukrayna Silahlı Qüvvələri Türkiyədən TRLG-230 reaktiv yaylım atəşi sistemi və “Sunqur IIR” zenit raket kompleksi daxil olmaqla, bir sıra silahlar alıb.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Türkiyə hələ bu ilin yayında Ukraynaya TLRG-230 və “Sunqur IIR” raketləri, yerüstü elektron müharibə avadanlığı və “Bayraktar TB2” pilotsuz aparatları üçün avadanlıq təhvil vermişdi.

Xatırladaq ki, TLRG-230 “Roketsan” şirkəti tərəfindən istehsal edilən və 70 kilometr mənzilli “yer-yer” tipli raketdir. “Sunqur” isə Türkiyənin bir neçə konfiqurasiyada istehsal etdiyi qısa mənzilli zenit raket kompleksidir.