Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə Ukrayna müharibəsindəki yaralılara dəhliz açmaq istəyir

Türkiyə Rusiya-Ukrayna müharibəsində yaralananlara kömək və mülki şəxslərin geri qaytarılması üçün öz ərazisindən humanitar dəhliz yaratmaq istəyir.

Bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets çıxışında bildirib.


Lubinets qeyd edib ki, bu, tərəflər arasında müzakirə olunur.

Yanvarın 11-12-də Ankarada keçirilən Ombudsmanların “21-ci əsrdə insan hüquqlarının gələcəyi” beynəlxalq konfransı çərçivəsində Rusiya Ombudsmanı Tatyana Moskalkova Lubinets ilə və türkiyəli həmkarı Şeref Malkoçla bir sıra görüşlər keçirib.