Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə neçə terrorçu zərərsizləşdirib? - Söhbət on minlərdən gedir

“2015-ci ilin 24 iyul tarixindən etibarən terrorla mübarizədə yeni mərhələ başlayıb”.

“TRT Haber” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Ölkə daxilində, İraqın və Suriyanın şimalında ümumilikdə bu günə qədər 34 259 terrorçu zərərsizləşdirilib. Bu ilin əvvəlindən etibarən isə zərərsizləşdirilən terrorçuların sayı 991 nəfər təşkil edib”, - deyə Akar söyləyib.

Onun sözlərinə görə, aprelin 18-i başladılan “Pençe-Kilit” əməliyyatı zamanı 56 terrorçu öldürülüb.