Türkiyə İsraillə ticarət əlaqələrini kəsdiyi üçün illik 9 milyard dollar zərərə uğrayıb
16 Sentyabr 2025
Hesab edirəm ki, İsrail iqtisadi təzyiqə də məruz qalmalıdır. Əvvəlki təcrübələr belə tədbirlərin effektivliyini göstərir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dohada keçirilən Ərəb-İslam sammitində deyib.
Onun sözlərinə görə, Türkiyə İsraillə bütün ticarət əlaqələrini bir il yarım müddətinə dayandırıb.
“Nəticədə illik 9,5 milyard dollar itiririk”, - Ərdoğan vurulayıb.