Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə ABŞ-ın başsağlığını qəbul etmədi

"Ankara Vaşinqtonun başsağlığını rədd edir".

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə İstanbulda törədilən terror aktı ilə bağlı ABŞ-ın başsağlığını qəbul etmir.

Soylu jurnalistlərə açıqlamasında İstanbuldakı terror aktına çox sərt cavab veriləcəyini də söyləyib.

O bildirib ki, kəşfiyyat məlumatlarına əsasən məlum olub ki, terror aktını sifariş edən şəxslər terroçu Ahlam Albashırı öldürməyi planlaşdırırmış: "Amma biz onu ələ keçirməyi bacardıq. Son 6 ildir İstanbulda belə hadisə baş verməmişdi".

S.Soylu söyləyib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

Daxili işlər nazirinin sözlərinə görə, Ahlam Albashırın öldürülməsi ilə bağlı əmr verən şəxs də saxlanılıb: “Bəlkə də, terrorçular məyus olacaq. Amma deməliyəm ki, daha bir neçə əməliyyat nəzərdə tutmuşuq. Əməliyyatlarımız davam edəcək”.

Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan 55-i artıq evə buraxılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror aktını törədən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.