Türk Dövlətləri Təşkilatının Qarabağ bəyannaməsi imzalanıb
06 İyul 2024
Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Şuşada keçirilən qeyri-rəsmi sammiti Qarabağ bəyannaməsinin imzalanması ilə başa çatıb.
Sənədi Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz imzalayıblar.
Bəyannamənin mətni hələlik dərc olunmayıb.