Tufan Erhürman Şimali Kipr Türk Respublikasının yeni prezidenti seçilib
20 Oktyabr 2025
Şimali Kipr Türk Respublikasında (ŞKTR) prezident seçkiləri keçirilib.
Pressklub.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, seçkilərdə Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman inamlı qələbə qazanıb. Bu barədə ŞKTR Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.
O, şuranın əvvəl açıqladığı rəqəmləri təkrarlayaraq qeyd edib ki, 777 seçki qutusundan 735-i açılıb. T.Erhürman səslərin 62,80 faizini (84 630), müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 (48 208) faizini toplayıb.
Öz növbəsində, T. Erhürman mətbuat konfransı keçirərək qələbə qazandığını bəyan edib. O bildirib ki, ölkənin xarici siyasəti rəsmi Ankara ilə məsləhətləşmələr formasında yürüdüləcək: "Kimsənin bundan şübhəsi olmasın".