Logo
news content
User
Kateqoriyalar

Xəbər

Trass yenidən namizəd olacaq

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass qarşıdan gələn 2024-cü il parlament seçkilərində Cənubi Qərbi Norfolkdan deputat kimi yenidən namizəd olmaq niyyətindədir.

Bu barədə bazar ertəsi Trassın sözçüsü məlumat yayıb.

“Trassın növbəti seçkilərdə yenidən seçilmək istəyini təsdiq etməkdən məmnunam”, - deyə o, bildirib.

Hakim Mühafizəkarlar Partiyasından olan deputatlar 2024-cü ilə təyin edilmiş seçkilərdə iştirak edib-etməyəcəkləri barədə dekabrın 5-i axşam saatlarınadək partiya rəhbərliyinə məlumat verməlidirlər. Böyük Britaniyada hökumətin bütün yüksək vəzifəli üzvləri İcmalar Palatasının üzvləridir, ona görə də Trass baş nazir postundan ayrıldıqdan sonra da parlamentdə iştirakına davam edib.