Trampla Paşinyan arasında görüş 20 dəqiqə davam edib
09 Avqust 2025
ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Tramp Paşinyanı Ağ Evin önündə rəsmi olaraq qarşılayıb. Liderlər media nümayəndələri qarşısında qısa müddətli söhbət aparıblar.
Görüş iki liderin bağlı qapılar arxasında ikitərəfli müzakirələrlə davam edib və 20 dəqiqə çəkib.
Görüşdə, digər məsələlərlə yanaşı, ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri, o cümlədən Bakı ilə İrəvan arasında sülh prosesi müzakirə olunub.
Görüşün yekununda Ermənistan və ABŞ arasında bir sıra sənədlər imzalanıb.