Trampın rusiyapərəst tərəfdarı, siyasətçi Çarli Kirkə sui-qəsd edilib - VİDEO
11 Sentyabr 2025
Amerikalı siyasi fəal və prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.
Bu barədə "NBC News" məlumat yayıb.
Məlumata görə, atəş nəticəsində tədbir yarıda kəsilib, Kirk mühafizəçilər tərəfindən ərazidən aparılıb. "Fox News" Kirkin mətbuat katibinə istinadən vurğulayıb ki, hazırda siyasi fəalın vəziyyəti məlum deyil.
Daha sonra Çarli Kirkin öldüyü barədə məlumat yayılıb. Xəbəri ABŞ prezodenti Donald Tramp da təsdiq edib.
"Böyük, hətta əfsanəvi Çarli Kirk vəfat edib. Amerika Birləşmiş Ştatlarında heç kim gəncləri Çarli qədər anlamırdı. O hamı tərəfindən sevilirdi və hörmət olunurdu, xüsusilə də mənim tərəfimdən. İndi isə o, artıq aramızda yoxdur. Melania və mən bütün qəlbimizlə onun gözəl həyat yoldaşı Erika və ailəsinə başsağlığı veririk", - Tramp qeyd edib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Kirkin boğaz nahiyəsindən yaralandığı görünür. "Associated Press" qeyd edir ki, Kirki vuran yaşlı kişi həbs olunub, onun şəxsiyyəti barədə hələlik məlumat yoxdur.
Məlumata görə, mühafizəkar fəal Çarli Kirkə qarşı sui-qəsd edən şəxs Yuta Demokratik Partiyasının üzvü Maykl Mallinsondur. O, hadisə yerində saxlanılıb.
Bir sıra nüfuzlu respublikaçılar, məsələn, Pentaqonun rəhbəri Pit Heqset, vitse-prezident Cey Di Vens, həmçinin ABŞ Prezidenti Donald Tramp tərəfindən Kirki dəstəkləyən bəyanatlar verilib. "Hamımız güllələnən Çarli Kirk üçün dua etməliyik!" – Amerika lideri özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Kirk Ukraynanın qəti əleyhdarı kimi tanınıb. O, keçmiş prezident Co Baydeni Ukraynaya silah verməkdə və Rusiya ilə qarşıdurmaya getməkdə ittiham edirdi. Respublikaçı siyasətçi prezident Volodimir Zelenskinin “qeyri-legitim” olduğunu iddia edir, Ukraynanın şərqinin Rusiya ərazisi adlandırırdı. Bundan əlavə o, Rusiya ilə münasibətlərin bərpa edilməsinə çağıraraq, Moskvadan “şeytan düzəltməyin” əleyhdarı olduğunu bildirirdi.