Trampın oğlu Ermənistana səfərini ləğv edib
12 Noyabr 2025
ABŞ Prezidentinin oğlu kiçik Donald Tramp Ermənistana səfərini ləğv edib.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
KİV-in məlumatına görə, ABŞ liderinin oğlu artıq noyabrın 12-də İrəvana getməli idi.
Səfər zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş və "Tramp Marşrutu"nun (TRIPP) Ermənistan hissəsinin tikintisi layihəsinin müzakirəsi planlaşdırılırdı.