Logo
news content
User
Kateqoriyalar

Xəbər

Trampa qarşı növbəti sui-qəsd cəhdi?

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı növbəti dəfə sui-qəsdə cəhd edilib.

Bu barədə konqresmen Taylor-Green məlumat yayıb. O Trampın sağ-salamat olduğunu deyib.

Məlumata görə, Trampın Florida ştatındakı qolf klubunun qarşısında atışma baş verib.

İnsidentdən sonra Trampın seçki qərargahı onun xəsarət almadığını bildirib: “Tramp Florida qolf klubu yaxınlığında silahlı atışmadan sonra təhlükəsizdir”.

Trampın qərargahı onun yaxınlığında atəş açıldığını, siyasətçinin özünün isə təhlükəsiz olduğunu bildirib.

ABŞ Məxfi Xidməti prezidentliyə namizəd Donald Trampın olduğu yerin yaxınlığında baş verən atışma hadisəsini araşdırır. 

Trampın qolf klubunun yaxınlığında, atışmanın baş verdiyi yerə yaxın AK-47 avtomat silahının tapıldığı və şübhəlinin saxlanıldığı barədə məlumat yayılıb.

“New York Post” isə Trampın qolf klubunun qarşısında iki nəfərin bir-birinə atəş açdığını və eks-prezidentin hədəf olmadığını yazıb.