Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Zelenskidən Moskvaya zərbə endirə bilib-bilməyəcəyini soruşub - "Financial Times"

ABŞ Prezidenti Donald Tramp Ukraynanı Rusiya ərazisinə daha dərin zərbələr endirməyə çağırıb.

Bu barədə “Financial Times” xəbər verir.

"Financial Times"ın məlumatına görə, D.Tramp hətta Ukrayna Prezidenti Volodimir Zelenskidən birbaşa soruşub ki, əgər ABŞ uzaqmənzilli silahlar təmin edərsə, Kiyev Moskvaya zərbə endirə biləcəkmi.

Agentliyin istinad etdiyi mənbənin məlumatına görə, Ağ Ev rəhbəri ukraynalı həmkarından uzaqmənzilli silahların təchizatı halında Ukraynanın Rusiyanın dərinliklərindəki hərbi hədəfləri vurma imkanının olub-olmadığını soruşub.

"Vladimir, Moskvaya,Sankt-Peterburqa zərbə endirə bilərsinizmi?" - Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı deyib.

Onların sözlərinə görə, Zelenski belə cavab verib: "Əlbəttə. Əgər bizə silah versəniz, edə bilərik".

Mənbə qeyd edib ki, Tramp belə bir strategiyanı dəstəklədiyini bildirib. O, Rusiya şəhərlərinə zərbələr endirilməsinin Kremli danışıqlar masasına oturmağa məcbur edə biləcəyini deyib.

Zəngin məzmunu barədə məlumatlandırılmış bir qərb rəsmisi bildirib ki, bu söhbət Ukraynanın qərb tərəfdaşlarının uzaqmənzilli silahların təchizatını müzakirə etməyə artan hazırlığını əks etdirir.

Ağ Ev və Ukrayna Prezident Ofisi hələlik şərh sorğularına reaksiya verməyib.

Həmçinin bildirilib ki, ötən həftə Romada Ukraynanın bərpası üzrə beynəlxalq konfrans çərçivəsində ABŞ tərəfi Zelenski ilə Ukraynaya potensial olaraq təqdim edilə biləcək uzaqmənzilli zərbə sistemlərinin siyahısını bölüşüb.