Tramp Zelenski və Putinlə üçtərəfli görüş üçün hazırlıqlara başlayıb
19 Avqust 2025
ABŞ Administrasiyasının rəhbəri Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında üçtərəfli danışıqların keçiriləcəyi gözlənilən görüşünə hazırlıqlara başladığını bildirib.
Bu barədə Tramp bu barədə “Truth Sosial”dakı hesabında yazıb.
"Mən prezident Putinə zəng vurdum və prezident Putinlə Zelenski arasında keçiriləcək görüş üçün hazırlıqlara başladım, görüşün yeri müəyyənləşdiriləcək. Həmin görüş baş tutandan sonra üçtərəfli danışıqlarımız olacaq", - Tramp sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazır olduğunu bildirib.
Bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.
Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, Putin və Tramp danışıqlarda iştirak edən “Ukrayna və Rusiya tərəflərinin nümayəndələrinin səviyyəsinin yüksəldilməsi imkanlarını” müzakirə ediblər.
ABŞ Prezidenti də öz növbəsində Ukrayna və Rusiya liderləri arasında görüşə hazırlıq barədə məlumat verib.