Tramp Zelenski və NATO ölkələrinin liderləri ilə telefonla danışıb
16 Avqust 2025
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə uzun telefon danışığı aparıb.
BBC xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.
Onun sözlərinə görə, Tramp telefon danışığını Alyaskadan Vaşinqtona gedərkən təyyarədə aparıb.
Bundan başqa, ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin liderləri ilə telefon danışıqları aparıb.