Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp yenidən Putinlə görüşəcək

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışığının bəzi təfərrüatları məlum olub.

Bu barədə Tramp sosial media hesabında yazıb.

Putinlə söhbəti çox məhsuldar adlandıran Ağ Evin rəhbəri qeyd edib ki, yaxın vaxtlarda rusiyalı həmkarı ilə daha bir görüş keçirəcək:

"Söhbətimizin sonunda gələn həftə müşavirlərimizin yüksək səviyyəli görüşünə dair razılaşdıq. ABŞ-ı ilkin görüşlərinə Dövlət katibi Marko Rubio və digər vəzifəli şəxslər rəhbərlik edəcəklər. Görüş yeri müəyyən olunacaq. Bundan sonra Prezident Putin və mən Rusiya və Ukrayna arasındakı bu müharibəyə son qoya biləcəyimizi görmək üçün Macarıstanın paytaxtı Budapeştdə razılaşdırılmış yerdə görüşəcəyik".

“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yeni görüşün keçirilməsinə dair razılaşma sülhün möhkəmləndirilməsi üçün gözəl imkan yaradır”.

Bunu Macarıstanın Baş naziri Viktor Orban Rusiya və ABŞ liderləri arasında növbəti görüşün tezliklə Budapeştdə baş tutacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

"ABŞ və Rusiya prezidentləri arasında planlaşdırılan görüş bütün sülh tərəfdarları üçün əla xəbərdir. Biz hazırıq!" Baş nazir "X" hesabında yazıb.

Onun siyasi müşaviri Balaj Orban hesab edir ki, Budapeştdə keçiriləcək görüşü "Sülh Missiyası 2.0" adlandırmaq olar.

"2024-cü ilin iyulunda Macarıstanın baş naziri Rusiya-Ukrayna münaqişəsini həll etmək üçün sülh missiyası ilə Kiyev, Moskva, Pekinə və ABŞ-yə səfər etdi. İndi, Donald Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün Budapeştdə Vladimir Putinlə görüşəcəyini açıqladı".

Qeyd edək ki, ABŞ və Rusiya prezidentləri Macarıstanda görüşəcəklər