Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp və Zelenskinin görüşü 2,5 saatdan sonra başa çatıb

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ lideri Donald Trampla görüşü 2,5 saat davam edib.

Bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

“Düşünürəm, biz bitirdik. Gələn həftə nə baş verəcəyinə baxarıq”, - Tramp görüşün sonunda Zelenskiyə deyib.

Portalın qeyd etdiyinə görə, Tramp bu sözləri ilə Zelenskiyə Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan görüşü xatırladıb.