Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Üçüncü Dünya Müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib

ABŞ-ın sabiq Prezidenti Donald Tramp Ukraynada münaqişənin başa çatması üçün tezliklə danışıqlara başlanılmasının zəruri olduğunu bəyan edib.

Donald Tramp Nevada ştatında tərəfdarları qarşısında çıxışında deyib ki, əks halda bu münaqişə Üçüncü Dünya Müharibəsinə çevrilə bilər.

Sabiq Prezident qeyd edib ki, əgər münaqişə danışıqlar yolu ilə həllini tapmasa, Üçüncü Dünya Müharibəsinə doğru gedəcəyik.