Tramp Putinlə təkbətək görüşmək istəyir
18 Noyabr 2026
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş keçirmək istədiyini bildirib.
“RİA Novosti”nin xəbərinə görə, Tramp bu barədə Manilada keçiriləcək Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (QUAD) çərçivəsində Yaponiya, Hindistan və Avstraliya liderləri ilə danışıqlardan əvvəl bildirib:
"Əgər belə bir imkanım olsaydı, mən bunu edərdim". O əlavə edib ki, hələlik ikitərəfli görüş barədə hər hansı dəqiqlik yoxdur.
Qeyd edək ki, Rusiya, Çin və ABŞ liderləri - Vladimir Putin, Si Cinpin və Donald Tramp 18-19 noyabr tarixlərində Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində noyabrın 19-da üçtərəfli görüşəcəklər.