Tramp Putinlə danışacaq, nəticə olmasa tədbir görəcək
04 Sentyabr 2025
ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə danışıq aparacağını açıqlayıb.
Bunu Tramp Ağ Evdə Polşa Prezidenti Karol Navrotski ilə görüşü zamanı deyib.
Tramp Ukraynadakı vəziyyəti tənzimləmək məqədilə Rusiyaya təsir etmək üçün heç bir tədbir görməməsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib.
Belə ki, Tramp təfərrüatlara varmadan Rusiyanın Ukrayna ilə bağlı addımlarından narazı qalacağı təqdirdə ABŞ-nin hərəkətə keçəcəyini və tədbirlər görəcəyini bildirib.