Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp prezident seçilərsə Ukraynaya 500 mlrd. dollar yardım edəcək - Pompeo

Donald Tramp yenidən ABŞ-nin prezidenti seçilərsə, Ukraynaya 500 milyard dollar həcmində yardım edəcək.

Bu barədə ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo “Wall Street Journal”da dərc olunan məqaləsində yazıb.

“Trampın Sülh Planı” adlı yazıda göstərilir ki, yaranmış böhranın həlli üçün müharibə dondurulmalı, Ukrayna hərbi cəhətdən daha da gücləndirilməlidir.

M. Pompeo daha sonra NATO-nun da adı çəkilən ölkəyə 100 milyard dollar həcmində vəsait ayırmasının vacibliyinə toxunub.

O yazıb ki, rəsmi Kiyevə məhdudiyyətsiz sayda silah-sursat verilməli, Ukrayna mütləq şəkildə Avropa İttifaqına qəbul edilməlidir.

Keçmiş dövlət katibi Avrozona ölkələrinin etibarlı müdafiəsi üçün hərbi xərclərin ümumdaxili məhsulun 3 faizi həcmində müəyyənləşdirilməsi, Rusiyaya əlavə sanksiyaların tətbiqi, habelə Krımın hərbsizləşdirilməsinin vacibliyini önə çəkib.

M. Pompeonun qənaətincə sanksiyalar yalnız Rusiya qarşıya qoyulan tələbləri yerinə yetirdiyi halda aradan qaldırılmalıdır.