Tramp partiyası tərəfindən rəsmən prezidentliyə namizəd kimi irəli sürülüb
16 İyul 2024
Respublikaçılar Partiyası noyabrın 5-nə təyin edilmiş ABŞ prezident seçkilərində Donald Trampı prezidentliyə namizəd kimi rəsmən irəli sürüb.
Bu barədə TASS məlumat yayıb.
ABŞ-nin keçmiş prezidenti Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaq üçün yetərincə səs toplayıb.
Bundan əvvəl Tramp ABŞ-nin vitse-prezidentliyinə namizəd kimi Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi seçdiyini açıqlamışdı.