Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp ölümdən dönüb - Təyyarəsi səmada sərnişin təyyarəsi ilə toqquşacaqmış

ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya istiqamət alan təyyarəsi Nyu-York səmasında uçarkən sərnişinlərin olduğu digər hava gəmisinə çox yaxınlaşıb.

Bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, təhlükəli yanaşmanı hava nəqliyyatı dispetçerləri görüb və o, sərnişin təyyarəsinin ekipajına toqquşmadan qaçmaq üçün kursunu tənzimləməyi əmr edib.