Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: "Noyabrın 15-də vacib bəyanatla çıxış edəcəm"

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp noyabrın 15-də Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında “vacib bəyanat”la çıxış etməyə hazırlaşır.

TASS xəbər verir ki, o, bu barədə Ohayo ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Onun fikrincə, Respublikaçılar Partiyasının ABŞ Konqresinin hər iki palatasında səs çoxluğu qazana biləcəyi 8 noyabr tarixli aralıq seçkilər ölkəni xilas edə bilər.

Xatırladaq ki, daha əvvəl CNN D.Trampın Ohayoda keçirilən mitinqdə 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını elan edəcəyi barədə xəbər vermişdi.