Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp fond bazarındakı kəskin enişə görə demokratları günahlandırıb

ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsi ölkənin fond bazarında kəskin enişə səbəb olub.

Bu fikri ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.

“Səhmlər noyabrın 3-də keçirilən seçkilərin nəticələrinə görə kəskin ucuzlaşıb. Mən namizədlər siyahısında yox idim. Əgər namizəd olsaydım, əvvəlki üç seçkidə olduğu kimi, nəticələr tamamilə fərqli olardı, fond bazarı və pensiya hesablarınız yüksəliş dövrünü yaşayardı. Axı mən sizə demişdim!” – Tramp qeyd edib.