Tramp: Ermənistan-Azərbaycan münaqişəsi tezliklə uğurla həll olunacaq
15 İyul 2025
ABŞ prezidenti Donald Tramp Ermənistan-Azərbaycan münaqişəsinin həllinin yaxın olduğunu deyib.
NATO-nun baş katibi Mark Rutte ilə Ağ evdə görüş zamanı Tramp dünyanın müxtəlif yerlərindəki münaqişələrdən danışarkən deyib ki, Yerevan və Bakı aralarındakı fikir ayrılıqlarını həll etməyə yaxınlaşırlar.
"Biz başqa bir məsələni həll etdik. Ermənistan və Azərbaycan arasındakı münaqişə, görünür, uğurlu sonluğa yaxınlaşır", – o deyib.